Azərbaycan Respublikasının Mərkəzi Bankı “Evint” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “Şərq-Era” Mənzil-tikinti kooperativinə qarşı məhkəmədə iddia qaldırıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, işin mahiyyəti ipoteka müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
İşə Bakı Apellyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın icraatındadır.
Qeyd edək ki, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Evint” MMC 2001-ci ilin sentyabrında qeydiyyatdan keçib, qanuni təmsilçisi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədovdur.
İbRa
















