• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Kredit borcunu tam ödəyib, amma mağaza müştəridən pul tələb edir - İDDİA

Gündəm

22 Iyun 2022 | 16:30

Kredit borcunu tam ödəyib, amma mağaza müştəridən pul tələb edir - İDDİA

"ABC Telecom" MMC-yə məxsus "Kontakt Home" mağazalar şəbəkəsindən aldığı telefona görə krediti tam ödəyib, ancaq mağaza həmin şəxsin hələ də kredit borcunun olduğunu iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu tanınmış jurnalist Elmir Muradov özünün şəxsi "facebook" səhifəsində yazıb.

O qeyd edib ki, keçən ilin iyulun 18-də "Kontakt Home"dan kreditlə telefon alıb. 

"Ərafımdakı dostlar, tanışlar "Kontakt Home"dan heç vaxt, heç nə alma deyirdilər, amma qulaq asmadım. Həytımda ilk dəfə kreditə telefon götürdüm, onda da ortaya problem çıxdı. Kreditin əksər vaxtlar ödənişini daha tez, daha çox ödəyirdim ki, məbləğ tez bitsin, canım da qurtarsın. Axırıncı dəfə "Paypoint"dən 32 manat ödədim, kreditimin bitdiyini sanırdım. Amma şirkət iddia edir ki, bitməyib. Tərslikdən də çekləri saxlamamışam. Məbləği ödəyəcəm, çünki özü yıxılan ağlamaz. Vaxtında dostların sözünü dinləsəydim belə də olmazdı. Sadəcə indi "Kontakt Home"-dan ödədiklərimi yazılı formada mənə təqdim etmələrini istəyirəm, verə bilmədiklərini bildirirlər. Mən də deyirəm əgər şəffafsınızsa, aldatmırsınızsa niyə ödəniş kağızını təqdim etmirsiniz, nədən çəkinirsiz?. Susurlar, susurlarsa deməli bundan sonra ordan nəsə almaq lazım deyil", - deyə E.Muradov bildirib.

İbRa


SON XƏBƏRLƏR

25 Aprel 2024