• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Azercell”in bezdirici reklam SMS-lərinə qarşı ETİRAZ

Gündəm

21 Iyun 2022 | 16:38

“Azercell”in bezdirici reklam SMS-lərinə qarşı ETİRAZ

“Azercell Telekom” MMC-dən mobil telefon abunəçilərinə göndərilən kütləvi reklam mesajları etirazlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Rüstəmov məlumat paylaşıb.

O qeyd edib ki, mobil operator şirkətinin operatorunun Azərbaycanın dövlət dilini bilməməsini də qınayıb.

“Ay “Azercell”, nə olar, qurtar bu biabırçılığı! Vallah mənə lazım deyil, dalbadal göndərdiyiniz mesajlar. Mənə zəngimsel lazım deyil. Hədiyyə qazanmaq da istəmirəm. Yaşım az deyil, bilirəm ki, fırıldaq gəlirsiniz. Əsəbləşdirməyin, "gəlirsiniz" sözünü saxlamaqla "fırıldaq" sözünü başqa sözlə dəyişə bilərəm. Bu qədər aşağılanmaq nəyinizə lazımdır axı. Onsuz da hamı sizi söyür. Ürəyim ağrıyır e, mən də söymək istəmirəm. Nə olar, belə iş tutmayın.

Nə oyun çıxarırsınızsa, mesajı bloklamaq da olmur. Yalnız "ləğv et" və "ok" seçimi verirsiniz. Əmin olun ki, həmişə diqqətli olub "ləğv et" basacam və siz məndən 1, 2, 3, 5, 10, 15, 30 qəpik tuta bilməyəcəksiniz. Axır vaxtlar hiss edirəm ki, hətta içkili olanda da "ləğv et"i daha yaxşı görürəm. Yəni xeyri yoxdur, dürtə bilməyəcəksiniz”, - deyə jurnalist “Azercell”ə üsyan edib.

Ramid İbrahimov  


SON XƏBƏRLƏR