• Bakı 12° C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

"Sosial xərclər artırılmasa, etirazlar başlayacaq" - XƏBƏRDARLIQ

Gündəm

22 Iyun 2022 | 12:58

Sosial xərclər artırılmasa, etirazlar başlayacaq - XƏBƏRDARLIQ

İstehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini də artırır. Amma yaşayış minimunun dəyəri artırılmır.

Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, rəsmi statistikaya görə pandemiya başlayan (mart 2020-ci il) dövrlə müqayisədə ən zəruri ərzaq, qeyri-ərzaq və xidmətlərdən ibarət ən zəruri 60 məhsul və xidmət səbətinin dəyəri 25%-dən çox bahalanıb.

“Amma ölkədə yoxsulluğu və sosial ödənişləri müəyyənləşdirmək üçün əsas normativ rolunda çıxış edən yaşayış minimunun dəyərini hökumət son 2 ildə cəmi 10% artırıb. Belə ki, yaşayış minimumu 2020-də 190 manat olub, hazırda isə 210 manatdır”, - deyə ekspert bildirib.

O qeyd edib ki, qiymətlərin artım tempi rəsmi yaşayışı minimunun dəyərinin artım tempini az qala 3 dəfə üstələyir: “Bütün hallarda sosial xərclərin artımı inflyasiya tempindən geri qalır və nəticədə ölkədə real yoxsullaşma səviyyəsi yüksəlir. Bundan sonra da yəqin belə olacaq - müəyyən müddətdən bir sosial xərcləri artırmağa məhkumdurlar, əks halda sosial narazılığın qarşısını almaq olmaz. Amma hər dəfə inflyasiyanın altında qalan bir artım olacağı dəqiqdi”.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR

07 May 2024