• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Bu məhsullarda vergi və gömrük rüsumu ləğv edilə bilər”

GÜNDƏM

22 Aprel 2022 | 17:25

“Bu məhsullarda vergi və gömrük rüsumu ləğv edilə bilər”

“Azərbaycanın xarici iqtisadi şoklardan qorunması üçün sistemli və kompleksli yanaşmaya ehtiyac var. 
Ərzaq məhsullarında qiymət artımının qarşısını almaq üçün idxal edilən ərzaq məhsullarına vergi və gömrük rusumlarında güzəştlər tətbiq edilə bilər”. 

Bunu Bakıvaxtı.az-a iqtisadçı-alim Elşad Məmmədov bildirib.
O qeyd edib ki, xarici ticarətdə müsbət saldo var və enerji daşıyıcılarının qiymətinin kifayət qədər yüksək olduğunu nəzərə alaraq makroiqtisadi parametrlərə əməl oluna bilər: “İnflyasiyanın qarşısını almaq üçün həm ehtiyac, həm də şərait var. Subsidiyaların artırılması və bəzi sahələrə dotasiyaların verilməsi tətbiq edilməlidir”. 

İqtisadçı alim bildirib ki, təbii inhisar subyektlərinə (qaz, işıq, su) ən azı 3 il müddətində tarifin artırıması dayandırılmalıdır: “Əks halda inflyasiya ilə mübarizə aparmaq çox çətin olacaq. İdxalın əvəz olunmasına, ölkə iqtisadiyyatının real sektoruna investisiya axınları güclənməlidir”.  
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026