• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Dünyada 10 həftəyə kifayət edəcək buğda var”

Gündəm

21 May 2022 | 11:30

“Dünyada 10 həftəyə kifayət edəcək buğda var”

Rusiya-Ukrayna müharibəsi ilə ərzaq təhlükəsizliyi dünyanın mühüm gündəm bəndinə çevrilib. Ölkələr istehsal etdikləri əsas ərzaq məhsullarının ixracında qoruyucu fəaliyyət göstərməyə və ixracı məhdudlaşdırmağa başladılar.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə dünyanın əsas taxıl ixracatçılarından olan Rusiya ilə Ukrayna arasında gedən müharibə bu məhsulların əldə edilməsini çətinləşdirib.

Dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistan buğda ixracını qadağan etmək qərarına gələndə gözlər buğdaya çevrilib. Ərzaq böhranının yaxınlaşması ilə bağlı dəfələrlə xəbərdarlıq edən kənd təsərrüfatı analiz firması “Gro Intelligence” rəhbəri Sara Menker, dünyada 10 həftəlik istehlak üçün kifayət qədər buğda ehtiyatının olduğunu söyləyib.

“Gro Intelligence” kənd təsərrüfatı təhlil firmasının məlumatına görə, ehtiyatlarda 10 həftə ərzində dünya istehlakını təmin edəcək qədər buğda qalıb. Bu rəqəmin 2008-ci il maliyyə böhranından bəri görülən ən aşağı səviyyə olduğu və səviyyənin gözləniləndən daha pis olduğu bildirilir. 

Ramid İbrahimov 


SON XƏBƏRLƏR