• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ məsələsi delimitasiya ilə əlaqəli deyil”

GÜNDƏM

14 Iyun 2022 | 09:51

“Qarabağ məsələsi delimitasiya ilə əlaqəli deyil”

“Qarabağ məsələsi Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyəti ilə əlaqəli deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, Bakı və İrəvanın fərqli ünsiyyət formatları var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması formatıdır: “Regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlı üçüncü istiqamət də var. Lakin, əlbəttə, regionda sülh üçün ən vacibi Qarabağ məsələsidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026