• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qurban bayramı namazı bu saatlarda qılınacaq

GÜNDƏM

08 Iyul 2022 | 10:55

Qurban bayramı namazı bu saatlarda qılınacaq

Azərbaycanda Qurban bayramı namazının vaxtı məlum olub.  

Qafqaz Müsəlmanları İdarəsindənn (QMİ) Bakıvaxtı.az-a verilən məlumata görə, bayram namazı iyulun 9-da saat 07:00-da "Şəhidlər" məscidi, saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da Təzə Pir məscidində qılınacaq. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən,  iyulun 9, 10-u  Azərbaycanda Qurban bayramı qeyd olunur.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl 4 qeyri-iş günü olacaq.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026