• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

​​​​​TƏBİB məhkəməyə verildi – SƏBƏB

GÜNDƏM

13 Iyul 2022 | 12:09

​​​​​TƏBİB məhkəməyə verildi – SƏBƏB

Azərbayacan Mərkəzi Bankı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”  (TƏBİB) publik hüquqi şəxsi barəsində məhkəməyə müraciət edib.

Bakıvaxtı.az elektron məhkəmə sisteminə istinadən xəbər verir ki, Mərkəzi Bank TƏBİB barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib.

İş Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR