• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Su anbarını qurutmaq üçün torpaqla dolduran hotel CƏZALANDIRILDI

Gündəm

09 Avqust 2022 | 16:42

Su anbarını qurutmaq üçün torpaqla dolduran hotel CƏZALANDIRILDI

"Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən araşdırma aparılan zaman Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarının yerləşdiyi torpaq sahəsinin ƏMDX ilə bağlanmış icarə müqaviləsi əsasında “Macara Club Tourism, Hospitality and Management” MMC adlı hüquqi şəxs tərəfindən icarə müqaviləsinin şərtlərini pozaraq istifadə edildiyi müəyyən olunub". 

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Bakıvaxtı.az-ın informasiya sorğusuna verdiyi cavabda qeyd olunub.

Bildirilib ki, həmin hüquqi şəxs tərəfindən qanunvericiliyinin tələblərinə zidd olaraq torpağın daşınaraq su anbarının su ilə örtülü ərazisinin doldurulması işlərinin aparılması faktı aşkar edilib: "Bununla bağlı hüquqi şəxsin nümayəndəsinə torpaq qanunvericiliyinin tələbləri barədə məlumat verilib, qeyri-qanuni görülən işlərin saxlanması barədə xəbərdarlıq olunub.

Eyni zamanda, Xidmətin əməkdaşları tərəfindən qeyd edilən hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib edilib, faktla bağlı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib".

ƏMDX qeyd edib ki, “Bulaqdərə” su anbarına aid torpaq sahəsində və bitişik ərazidə yerləşən torpaq sahələrində mütəmadi olaraq monitorinqlər aparılır və torpaq qanunvericiliyinin pozuntusu halı aşkar edildiyi təqdirdə dərhal qanunvericiliklə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görüləcək".

Ramid İbrahimov


SON XƏBƏRLƏR

24 Aprel 2024