• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Deputatdan BAHALAŞMAYA ETİRAZ 

GÜNDƏM

05 Sentyabr 2022 | 13:27

Deputatdan BAHALAŞMAYA ETİRAZ

Ərzaq məhsullarında hələ də qiymət artımı müşahidə olunur. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən günlərdə həyəcan təbili çalaraq bildirdi ki, böhran baş verəcək, hazır olmalıyıq. Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edilib. Qara çörəyin qiymətində isə üçqat bahlaşma baş verib. Bu problemdən çıxış yolu kimi ərzaq məhsullarında əlavə dəyər vergisini (ƏDV) ləğv etmək və ya faizini azaltmaqla mümkündür?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Bakıvaxtı.az-a bildirib ki, on ildir, Milli Məclisdə bu məsələni qaldırır: “Ərzaq məhsullarına qoyulan əlavə dəyər vergisini diferensiyallaşdırmaq lazımdır. Elə məhsullar var ki, onlar gündəlik tələbat mallarıdır. Buna görə də, bu kimi məhsullara qoyulan ƏDV-lər 1-2% azaldılsa yaxşı olar. Lakin prestij məhsullarına, mebellərə, elektron cihazlara ƏDV-ni lap 5-10% də qoymaq olar. Mən illərdir ki, Milli Məclisdə hökümətin hesabatı və büdcə müzakirələri zamanı bu məsələni qaldırıram. Çox təəssüf ki, nəticə yoxdur”.

Parlamentari qeyd edib ki, bundan əlavə, hökümətin 0-dan 15-ə qədər dövlət rüsumları var: “Rüsumları hökumət tənzimləyir. Yəni elə yer var ki, orda rüsumu 0, elə yer də var ki, 15 etmək olar. Bu da hökümətin əlindədir. Mən bu məsələni Milli Məclisin növbəti iclaslarında yenidən qaldıracam, təkliflər verəcəm”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026