• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

200 manatı olan şirkət Azərbaycanda MİLYONLAR QAZANIR 

GÜNDƏM

05 Oktyabr 2022 | 13:21

200 manatı olan şirkət Azərbaycanda MİLYONLAR QAZANIR

3 il öncə yaradılan və 200 manat nizamnamə kapitalı olan şirkət qaz vurub qazan doldurur.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şirkət “Solamedical” MMC-dir.

Bu şirkət təkcə cari ildə keçirilən 12 dövlət satınalmalarında qalib elan olunub. Belə ki, bu il “Solamedical” MMC 5,2 milyon manatlıq tenderi udub.

Sözügedən şirkət keçən il 22 dövlət satınalmalarında iştirak edərək 7 milyon 550 min manatlıq tenderin qalibi elan olunub.

Kommersiya qurumlarının dövlət reyestri məlumatında şirkətin hüquqi ünvanı Nərimanov rayonu, M.Araz küçəsi, ev 18, qanuni təmsilçisi Səlimov Ruslan Akif oğlu olduğu bildirilir.

Qeyd olunan tender müsabiqələrindən və Dövlət Vergi Xidmətinin məlumat bazasından başqa “Solamedical” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra milyonlar qazanan şirkətin nə veb-saytı, nə də sosial şəbəkələrdə hesabı yoxdur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026