• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məmməd Musayevdən Zakir Qaralova məxsus şirkətə qarşı İDDİA

GÜNDƏM

01 Noyabr 2022 | 11:08

Məmməd Musayevdən Zakir Qaralova məxsus şirkətə qarşı İDDİA

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC kredit müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi ndə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Şükürov Ayaz Əkbər oğluna qarşı iddia qaldırıb.

İş hakim Elşən Salmanovun icraatına verilib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.  

Qeyd edək ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevdir.

Mediada yayılan və təkzib olunmayan məlumata görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC keçmiş baş prokuror Zakir Qaralova məxsusdur.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026