• Bakı 16° C

    3.34 m/s

Zakir Qaralova məxsus şirkət məhkəməlik oldu

GÜNDƏM

28 Noyabr 2022 | 12:39

Zakir Qaralova məxsus şirkət məhkəməlik oldu

Tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Abşeron Kərpic” MMC (Əvvəlki adı “Akkord Kərpic” MMC) məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, inşaat şirkəti olan “GST COMPANY” MMC Bakı Kommersiya Məhkəməsində “Abşeron Kərpic” MMC-yə qarşı iddia qaldırıb.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Kommersiya işinin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Abşeron Kərpic” MMC-ni daxil olduğu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC keçmiş baş prokuror Zakir Qaralova məxsusdur. Bu şirkətin hazırda dövlət büdcəsinə 7629 manat vergi borcu var.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026