• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

50 manata 5 şirkət yaradıb, 443 min manat dövlət vəsaitini əldə etdi 

Gündəm

29 Noyabr 2022 | 10:38

50 manata 5 şirkət yaradıb, 443 min manat dövlət vəsaitini əldə etdi 

Gəncə Tibb Kollecinin inventarın satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

Bakıvaxtı.az rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 27 min 200 manat olan tender müsabiqəsinin qalibi “Alfa 99 Corp” MMC (VÖEN- 1505786351) olub.

“Alfa 99 Corp” MMC bu ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Yaxın tarixdə qeydiyyata alınmasına baxmayaraq MMC bu il 5 4 tenderin qalibi olmağı bacarıb.

Nizamnamə kapitalı 10 manat olan “Alfa 99 Corp” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135-də yerləşir. Bu şirkətin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğludur.

Bu şəxs eyni tarixdə (31.01.2022), eyni ünvanda qeydiyyatdan keçən daha 4 MMC-nin – “ORLONDO 22 CORP”, “AZ LAND LT”, “GREEN DREAM LT” və “CFR 22 CORP” MMC-lərin qanuni təmsilçisidir. Bu şirkətlərin hər birinin nizamnamə kapitalı 10 manatdır.

Adları qeyd olunan şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub.

Belə ki, “CFR 22 CORP” MMC (VÖEN-1505785971) 2 tenderdə iştirak edib 183 min 382 manat, “ORLONDO 22 CORP” MMC 2 tenderdə iştirak edib 114 min 755 manat, “ALFA 99 CORP” MMC 5 tenderd iştirak edib 104 min 907 manat, ümumilikdə bu tenderlərdən 443 min manat əldə edib.

Rəsmi məlumata görə, “GREEN DREAM LT” MMC-nin 678 manat dövlətə vergi borcu var.

Qeyd edək ki, bu ilin əvvəlində yaranan buy şirkətlərin nə rəsmi veb-səhifəsi, nə də sosial şəbəkə hesabı var. Bu isə şirkətlərin peşəkarlığına və təcrübəsinə şübhələr yaradır.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR

28 Mart 2024