• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Naxçıvanda həbslər: Prezidentin Vasif Talıbova XƏBƏRDARLIĞI - VİDEO 

Gündəm

30 Noyabr 2022 | 11:02

Naxçıvanda həbslər: Prezidentin Vasif Talıbova XƏBƏRDARLIĞI - VİDEO 

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib.

Naxçıvanda başlayan həbslər, mənimsəmə ilə bağlı inanılmaz rəqəmlər hər kəsi düşündürməyə vadar edir. Həbslərin səbəbi ilə bağlı müzakirələrin nəticəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul etdiyi görüşə aparır.

Bakıvaxtı.az-ın məlumatına görə, Prezident Vasif Talıbovu qəbul edəndə tapşırıq verib ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır.

“Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.

Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”, - deyə Prezident bildirib. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR