• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dövlət qurumu tender qaydalarını POZDU  

Gündəm

30 Noyabr 2022 | 17:43

Dövlət qurumu tender qaydalarını POZDU  

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik Hüquqi Şəxsi laboratoriyalar üçün xüsusi tibbi avadanlıqların satınalınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "STARS DESIGN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalibə 275 min 453 manat ödənəcək.

Rəsmi məlumata görə, sözügedən şirkətin dövlət büdcəsinə 536 manat vergi borcu var.

Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. 

İbRa


SON XƏBƏRLƏR

26 Aprel 2024