Dövlət qarşısında vergi borcu olan “Prime Brick” MMC cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilib.
Məcəllənin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Rəsmi məlumata görə, “Prime Brick” MMC-nin vergi borcu 420 min 617 manatdır.
Qeyd edək ki, bu şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Şəmsəddin Muradovdur.
Ramid İbrahimov
















