• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Rusiya sülhməramlı kontingentinin..."

Gündəm

01 Dekabr 2022 | 23:21

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: Rusiya sülhməramlı kontingentinin...

"Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərəfimizdən edilən müraciətlərə məhəl qoymamasına təəssüf edirik".

Bakıvaxtı.az-ın məlumatına görə, bu, Müdafiə Nazirliyinin mətbuata açıqlamasında yer alıb.

"Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq", - açıqlamada deyilir.

"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq", - MN-dən qeyd edilib.


SON XƏBƏRLƏR

03 Fevral 2023