Dövlətə böyük məbləğdə vergi borcu olan şirkət icra hakimiyyətlərinin tenderində qalib elan olunur.
Bakıvaxtı.az xəbər verir ki, 781 min 681 manat vergi borcu olan “Kaspian-AZ” MMC bu il 6 icra hakimiyyətinin tenderlərində qalib elan olunub, bu şirkətə 28 milyon manata yaxın vəsait ödənilib.
Sözügedən şirkəti sonuncu dəfə bu gün Neftçala Rayon İcra Hakimiyyətinin rayonda abadlıq işlərinin satın alınması ilə bağlı tenderində qalib olub. Bu şirkətə 433 min 945 manat ödənəcək.
“Kaspian-AZ” MMC-yə bundan öncə də Sumqayıt Şəhər İcra Hakimiyyəti “Sumqayıt Bulvar” MMC-nin əraisində cari təmir işlərinin satınalmasına 174 min 640 manat, İsmayillı Rayon İcra Hakimiyyəti İsmayıllı şəhərində avtomobil yollarının təmiri işlərinin satınalınmasına 469 min 775 manat, Bakı şəhər İcra Hakimiyyətinin şəhər ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınmasına 26 milyon 459 min 081 manat, Xızı Rayon İcra Hakimiyyəti rayonun Sitalçay kəndində 10 saylı 4 mənzilli 2 mərtəbəli yaşayış binasının dam ötüyünün dəyişdirilməsinə 18 min manat, Dövlət Miqrasiya Xidməti Dövlət Miqrasiya Xidmətində soyutma və istilik sistemlərinə xidmətin satınalınmasına 15 min 537 manat ödəyib.
“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
İbRa












jpg-1666875516.webp)



