Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərində təhlükəsizlik tədbirləri gücləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi Şuşa şəhərində yerləşən tarixi memarlıq abidələrinin qorunması məqsədi ilə video-müşahidə, təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi “NIMPEX” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalibə 376 min 483 manat ödənəcək.
Ramid İbrahimov
















