“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti ciddi səhvə yol verib.
Bakıvaxtı.az xəbər verir ki, texniki səhv nəticəsində Toğrul Səfərlinin bank hesabına vəsait köçürülüb.
Bu barədə vətəndaşın özü məlumat verib.
T.Səfərli deyib ki, “Unibank”ın bu gün səhər saatlarında onun hesabına 788 manatın köçürüldüyünü görüb.
Məsələ ilə bağlı "Unibank"dan bildirilib ki, bu səhv texniki promlemlə əlaqədardır.
"Texniki problemlə bağlı bəzi müştərilərin balansına səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib", - deyə bankdan bildirilib.
Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Ramid İbrahimov

















