Bu ilin aprel ayında yaradılan “SR Arxitektura və Dizayn” MMC 4 aydan sonra Zaqatala Rayon İcra Hakimiyyətinin elan etdiyi 4 tenderdə qalib elan olunub.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, 10 manat nizamnamə kapitalı olan şirkət ancaq Zaqatala Rayon İcra Hakimiyyətinin dövlət satınalmasında qalib olub.
İcra hakimiyyətinin 23.08.2022-ci il tarixində keçirilən 2 tenderin və 01.10.2022-ci il tarixində keçirilən 2 tenderin qalibi elan olunub.
Ümumilikdə icra hakimiyyəti şirkətə 6 min 604 manat ödəyib.
Qeyd edək ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə, şirkətin qanuni təmsilçisi Nazilə Səmədovadır.
Tenderlər “Zaqatala şəhərinin Bakı Prospektində asfalt örtüyünün təmiri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması”, “Zaqatala rayonunun Kebeloba kənd məktəb yolunda asfalt örtüyünün təmiri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması”, “Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı binanın dam örtüyünün təmir işləri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması” və “Zaqatala rayonu, Aşağı Tala kəndində salınan Dostluq (Sakura) bağının təmir işləri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması” ilə bağlı olub.
İbRa












jpg-1666875516.webp)



