• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanda istirahət niyə bahadır? - AÇIQLAMALAR 

GÜNDƏM

05 Sentyabr 2022 | 14:47

Azərbaycanda istirahət niyə bahadır? - AÇIQLAMALAR

Quru sərhədləri bağlı və aviabiletlər baha olduğuna görə vətəndaşlar bu il istirahət etmək üçün daha çox bölgələrə, rayonlarda üz tutdular. Bu fürsətdən istifadə edən istirahət mərkəzləri və restoranları qiyməti dəfələrlə bahalaşdırıblar. 

Hətta Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev öz feysbuk hesabında ölkəmizdə qiymətlərin baha olduğunu və buna görə də turistlərin az gəldiyini qeyd edib. Hotel və kafelərdə qiymətlərin bahalaşması yerli turizmin inkişafına mane olurmu? Bəzi turizm obyektlərində yerli turistlərə niyə zəif xidmət göstərilir?

Dövlət Turizm Agentliyi Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, Dövlət Turizm Agentliyi dövlət orqanı olaraq qiymət tənzimlənməsi prosesində iştirak eləmir: “Bazar iqtisadiyyatı dövründə təkliflər tələbə uyğun olaraq formalaşdırılır. Əgər stehlakçılar hüquqlarının pozulduğunu hesab edir, aldadılma, sui-istifadə halları olduğunu iddia edirlərsə, aidiyyati qurumlara müraciət edə bilərlər. Bu qurumlardan biri də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət xidmətidir”.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, klassik iqtisadi nəzəriyyəyə görə qiyməti formalaşdıran ən böyük amil tələb, təklif məsələsidir: “Təbii ki, Bakıdan rayonlara daha çox insan gedirsə, tələb artır və nəticədə, qiymətlərin yüksəldiyinin şahidi oluruq. Bu, turizmin qarşısında maneənin olub-olmamasından əlavə iqtisadi sistemin özünün gətirdiyi problemlərdir. Çünki regionlarda daha çox kafelər, restoranlar, əyləncə mərkəzləri, yaşayış yerləri olmalıdır ki, rəqabətli mühit yaransın”. 

N.Cəfərli qeyd edib ki, təklif də artmalıdır: “Tələbin artması ilə bərabər təklifin artmadığını görürük, nəticədə qiymətlərin yüksəlməsinin şahidi oluruq. Təbii ki, bu, turizmin geniş yayılmasına maneə olan amillərdən biridir, amma tələb və təklif qanununda heç kim ləğv etməyib. Dövlətin birbaşa bu qiymətlərə qarışmaq ixtiyarı da yoxdur. Amma dövlət sitimullaşdıra bilər ki, regionlarda daha çox ictimai iaşə obyektləri yaransın, rəqabət artsın. Bunun başqa yolu yoxdur, ancaq rəqabətli mühitdə qiymətlər tənzimlənə, yəni aşağı düşə bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026