• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakı-Quba yolu ilə bağlı sürücülərə və Agentliyə ÇAĞIRIŞ

GÜNDƏM

16 Iyun 2022 | 11:11

Bakı-Quba yolu ilə bağlı sürücülərə və Agentliyə ÇAĞIRIŞ

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan təmir-bərpa işləri ilə bağlı sürücülərə çağırış edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakıvaxtı.az-a açıqlamasında sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri üçün çağırış edib.
"Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduqdan qısa müddət sonra həmin yoldan istifadə edənlərin baş bəlasına çevrildi. Bunu hamı bilir. İstismara veriləndən az müddət sonra yolda əmələ gələn qüsurlar nəticəsində saysız-hesabsız qəzalar baş vermiş, avtomobillərə, daşınan yüklərə külli miqdarda ziyan dəydi", -deyə Ə.Hüseynov bildirib.
Ekspert deyib ki, hazırda bu avtomobil yolunda təmir-bərpa işlərinə başlanılıbr və işlərin aparıldığı ərazidə avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılıb və əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib: "Təəssüflər olsun ki, indi də həmin yol bu səbəbdən az qala kütləvi qırğın yerinə çüvrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır, əksəriyyəti qarşılıqlı toqquşmadır".
Ekspert Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də çağırış edib: "Həmin yolun ən qısa vaxtda bərpa ediləcəyinə də ümid edirik. Yol tikənlər də nəzərə almalıdırlar ki, işlər nə qədər tez bitsə, qəzalar da az olar".
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR