Bu ilin sonuna kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna xidmət göstərəcək “Dariservis” MMC-nin dövlət büdcəsinə vergi borcu var.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən şirkətin 17 min 261 manat cari vergi vorcu yaranıb.
“Dariservis” MMC sonuncu dəfə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) "Heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması" adlı keçirdiyi müsabiqədə 25.05.2022-ci il tarixində qalib elan olunub. İnstitut qalib şirkətlə 268 min 999 manatlıq müqavilə imzalayıb.
Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna 2 xidmət göstərəcək.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
100 manat nizamnamə kapitalı olan “Dariservis” MMC-nin hüquqi təmsilçisi Şakir Zeynalovdur.
İbRa
















