• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zəngilanda inşa edilən hava limanında SON VƏZİYYƏT – FOTOLAR

GÜNDƏM

17 Iyun 2022 | 10:52

Zəngilanda inşa edilən hava limanında SON VƏZİYYƏT – FOTOLAR

Bu il  istifadəyə veriləcək Zəngilan beynəlxalq hava limanında iş saatı artırılıb. İşçilər gücləndirilmiş iş rejimində çalışırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə memar Elxan Mahmudov məlumat verib. 

“İndi iş saatı artırılıb. Burada saat 8:00-dan 20:00-a kimi iş gedir”, - deyə memar bildirib.

Onun sözlərinə görə, hava limanının bu ilin sentyabr ayına kimi istismara verilməsi planlaşdırılır. 

Qeyd edək ki, Zəngilan beynəlxalq hava limanında uçuş-enmə zolağında gecə saatlarında uçuşların təmin olunması üçün transformator binalarının tikintisi yerinə yetirilir.

Hava hərəkətinin təşkili üçün nəzərdə tutulan qüllə binası tikilib və daxilində elektrik-mexanik işləri yerinə yetirilir. Eyni zamanda uçuş-enmə zolağında hazırda 2 kilometr uzunluğunda, 45 metr enində asfalt örtüyü çəkilib və işlər davam etdirilir. Aeronaviqasiya avadanlıqları üçün nəzərdə tutulan radar qurğusu binasında montaj işlər 100 faiz tamamlanıb. Hazırda aeronavoqasiya qurğuları arasında elektrik və rabitə xəttinin çəkilməsi prossesi yerinə yetirilir.

Zəngilan Beynəlxalq Hava Limanı iki mərhələdə istismara veriləcək, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarəetmə aeronaviqasiya qülləsi iyul ayında istifadəyə veriləcək. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

İkinci mərhələdə, yəni avqustun sonu – sentyabrın əvvəlində Zəngilan Beynəlxalq Hava Limanı tam istifadəyə veriləcək. Hava limanı uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək

Xatırladaq ki, keçən ilin aprelin 26-da Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. 

Ramid İbrahimov


Zəngilanda inşa edilən hava limanında SON VƏZİYYƏT – FOTOLARZəngilanda inşa edilən hava limanında SON VƏZİYYƏT – FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026