"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, köməkçi qatar təyin edilib. Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.
















