• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukraynadan Azərbaycana DƏSTƏK - FOTO

GÜNDƏM

25 Mart 2022 | 12:27

Ukraynadan Azərbaycana DƏSTƏK - FOTO

Ukrayna Ali Radası Azərbaycanın Qarabağdakı fəaliyyətini dəstəkləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin rəsmi tvitter hesabında paylaşım edilib. 

Ukrayna Ali Radasının sosial şəbəkə hesabında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi fəaliyyəti dəstəkləyən paylaşım ediləndən sonra ermənilər tvitin şərh bölümündə Azərbaycan və Ukraynanın ünvanına hədyan və böhtanlar yazıblar.

Qeyd edək ki, ötən gün erməni mediası Azərbaycan Ordusunun Xocalının kəndlərinə daxil olması barədə məlumat yayıb. 

Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Ramid İbrahimov


Ukraynadan Azərbaycana DƏSTƏK - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026