Bakıda fəaliyyət göstərən xarici taksi şirkətlərinin xidmətindən istifadə zamanı hər əməliyyat üzrə müştəridən 18% həcmində əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir.
Bakıvaxtı.az xəbər verir ki, xarici dövlətlərdə qeydiyyatdan keçən taksi (“Bolt, “Uber”, “Taxify”, “Maaxim” və s.) şirkətlərinin xidmətindən istifadə edən müştəri plastik kartla gediş haqqı ödəyirsə, ondan ƏDV də tutulur.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən (DVX) Bakıvaxtı.az-a bildirilib ki, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
“Böyük ehtimalla bu halda vəsait xaricdəki hesaba köçürülüb ki, bu da ƏDV-nin tətbiq dairəsinə düşür”, -deyə DVX-dən bildirilib.
Ramid İbrahimov



jpg-1650461091.jpg)






jpg-1652885111.webp)






