• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda metro çıxışlarında cibimizə belə girirlər - FOTO

GÜNDƏM

18 May 2022 | 18:49

Bakıda metro çıxışlarında cibimizə belə girirlər - FOTO

Metronun "20 Yanvar" stansiyanın çıxışında yerləşdirilən lotereya piştaxtası hərəkəti iflic edib.

Bakıvaxtı.az xəbər verir ki, buna “Azərlotereya” ASC-nin “Poz, qazan” ani lotereya oyununun təşkil olunduğu piştaxtaların ətrafına insanların toplaşması səbəb olub.

Ümidlə piştaxtanın kənarında düzülənlər bir-birini izləyirlər. Amma onlar buradan təəssüflə uzaqlaşırlar. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda böyük məbləğli uduşlara rast gəlinməyir. 

Qeyd edək ki, “Poz, qazan” ani lotereyasından olan şikayətlərlə bağlı ötən ay “Azərlotereya” ASC-ə informasiya sorğusu göndərilsə də, cavab verilməyib.

Ramid İbrahimov 

 


Bakıda metro çıxışlarında cibimizə belə girirlər - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026