• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə İsveç və Finlandiyanı NATO-da niyə istəmir? - AÇIQLAMA 

GÜNDƏM

18 May 2022 | 12:08

Türkiyə İsveç və Finlandiyanı NATO-da niyə istəmir? - AÇIQLAMA

NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanın bu gün səhər bu müdafiə təşkilatına müraciət etdiyi açıqlanıb. 

Finlandiya və İsveçin NATO üzv olması üçün bu təşkilatın bütün üzvlərinin yekdil səsinə ehtiyac var. Türkiyə isə adıçəkilən ölkələrin NATO-ya üzv olmasına "Bəli" səsini verməyəcəyini bildirib. Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq qarşılığında Ankaranın hər iki ölkədən PKK və PYD/YPG-ni terror təşkilatı elan etməsini və Türkiyəyə qarşı silah embarqosunun ləğv olunmasını tələb etdiyi etdiyi iddia olunur. 

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyada PKK terror təşkilatına dəstək verən qüvvələr var.

"Dünyada yeni geosiyasi konfiqurasiya şəkillənir. Dünya nizamında mübarizə aparan tərəflərin hədəfləri, ölkənin milli maraqları və hesablamaları var. Türkiyə türk dünyası ilə birlikdə dünyanın yenidən formalaşmasında maraqlıdır", deyə T.Nüsrətoğlu bildirib.

O qeyd edib ki, Türkiyənin milli maraqları ilə bağlı qayğıları var: "Türkiyə müstəqil siyasət yürütməyə çalışır. Onun bu hədəfinə maneə olan isə dövlət sərhədlərinin ətrafında fəaliyyət göstərən terror təşkilatlarıdır. Terror təşkilatları bəzi Qərb dövlətləri tərəfindən dəstəklənir.

NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyada PKK terror təşkilatına dəstək verən qüvvələr var. Qərb terrorizmə qarşı mübarizədə səmimi olmalıdır. Türkiyənin terrorizmə qarşı apardığı mübarizə beynəlxalq normalara uyğundur".

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026