"Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən erməni silahlılarını və texnikalarını rus sülhməramlıları və Ermənistan çıxarsın, cinayət törədən seperatçıları Azərbaycana təslim etsin, sərhədləri təyin edilməsi ilə paralel şəkildə sülh sazişinin hazırlanmasına başlasın".
Bakıvaxtı.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
O qeyd edib ki, bu baş verməyənə qədər nə Ermənistandakı, nə də Qarabağdakı rəhbərlər rahat nəfəs almayacaq: "Bunun isə mənfi təsirlərini həm yerli əhali, həm də rus sülhməramlıları hiss edəcək".
Eksertin sözlərinə görə, əgər yerli erməni əhali davamlı qaz, su, yol və normal həyat istəyirsə, bunun bir yolu var ki, o da Azərbaycan pasportu daşımaqla qanunlarımıza tabe olmaqdan və ərazidəki silahlıları oralardan çıxarılmasını tələb etməkdən ibarətdir: “Naxçıvana Mehridən keçəcək qaz xəttini Ermənistan daha erkən bərpa edərsə, bundən sonra Azərbaycan da Qarabağa gedən qaz xəttinin taleyinə daha uzunmüddətli aydınlıq gətirə bilər. Yəni bu məslələrin həlli Qarabağ və Ermənistan sakinlərindən daha çox asılıdır".
Ekspertin sözlərinə görə, proseslər onu deməyə əsas verir ki, Qarabağdakı erməni silahlıları üçün geri sayım başlayıb.
Ramid İbrahimov











jpg-1650446627.webp)




