• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Avropaya yeni nəfəs verəcək - DEPUTAT

GÜNDƏM

26 Mart 2022 | 10:33

Azərbaycan Avropaya yeni nəfəs verəcək - DEPUTAT


ABŞ Avropa Birliyinin Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün Avropaya təbii qaz tədarükünü artıracaq.
Birləşmiş Ştatların Prezidenti Co Bayden bu il Avropaya əlavə olaraq, 15 milyard kubmetr sıxılmış qaz göndərilməsi üçün Avropa İttifaqı ilə razılaşma əldə edildiyini bildirib. 2030-ci ilə qədər ABŞ Avropa Birliyi ildə azı 50 milyard kubmetr sıxılmış qaz tədarük edəcək.
Qeyd edək ki, 552 milyard kub metr illik qaz istehlakı olan Avropa Birliyinin idxalında Rusiyanın 40 faizlik dominant payı var. 

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə,
Rusiya Ukrayna müharibəsi fonunda Qərb heç zaman müşahidə olunmayan birlik nümayiş etdirir. 
“ABŞ Rusiyaya tətbiq edilən sanksiyalar kontekstində daha çox ölkəni bu əməkdaşlıq platofrmasında görmək niyyətindədir.
Avropa Birliyi üçün hazırda enerji təhlükəsizliyini möhkəmləndirmək baxımdan əlavə mənbələr Azərbaycan və Əlcəzair hesab olunur. 2.6 trilyon kub metr ehtiyatı və illik 43.9 milyard kub metr hasilatı olan Azərbaycan 2020-ci ilin sonundan Avropaya qaz ixracatına başlayıb. Əlcəzairin ehtiyatları 4.5 trilyon kub metr, illik istehsalı isə 90 milyard kub metrdir. Sözügedən ölkə Avropaya daha çox qaz nəql etməyə planlaşdırır”, - deyə V.Bayramov bildirib.

Deputat qeyd edib ki, 2022-ci ildə Avropaya ən azı 9.1 milyard kub metr mavi qaz nəql etməyi planlaşdıran Azərbaycan artıq 10 milyard kub metr qazı 2020-ci ilin dekabrından bəri qədim qitəyə çıxarıb: “Cənub Qaz Dəhlizinin ikinci fazasında Azərbaycan Avropaya 20 milyard kub metr qaz nəql edə biləcək. Dəhlizin reallaşması bir daha təsdiq etdi ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq”.
Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026