Bu gün Belçikanın paytaxtı Brüsseldə 3 mühüm sammit keçiriləcək. Burada NATO-nun Fövqəladə Liderlər Zirvə Toplantısı, Avropa İttifaqının, G7 sammitlərinin baş tutacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu dəfə NATO sammiti yalnız iqtisadi və təhlükəsizlik deyil, həmçinin iqtisadi baxımdan da dünyanın diqqət mərkəzindədir.
“Gözlənilir ki, bu gün Brüsseldə Amerika Birləşmiş Ştatlar Rusiyaya qarşı 5-ci sanksiyalar paketini elan edəcək. Bu paket Rusiya və eləcə də dünya iqtisadiyyatı üçün daha təsirli ola bilər. Belə ki, Qərb daha qısa müddətdə Rusiya neftindən imtina niyyətindədir. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsində gedir. Bu Rusiyanın əsas gəlir sahələrindən birini ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, qlobal bazarlarda və dünya iqtisadiyyatında volatilliyi daha da artıracaq”, - deyə deputat bildirib.
O qeyd edib ki, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik investorların qərarlarına təsir göstərir və bu da dünya bazarındakı problemləri daha da dərinləşdirir: “BMT dünyada aclıq təhküləsi və yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib.
OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neft bazarına təzyiqləri artırır”.
Ramid İbrahimov








jpg-1650446627.webp)







