• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qiymətlər sürətlə qalxır: Yeni bahalaşma dalğası gəlir 

GÜNDƏM

19 Aprel 2022 | 12:19

Qiymətlər sürətlə qalxır: Yeni bahalaşma dalğası gəlir

“Bütün ərzaq məhsulları bahalaşacaq. Hökumət qiymət artımının qarşısını almaq iqtidarında deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O qeyd edib ki, bu ilin fevral ayı ilə müqayisədə mart ayında qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri 12,6 faiz artıb. Ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında ərzaq məhsullarının qiymətləri 34 faiz artıb.

“Bahalaşmanın müxtəlif səbəbləri var. Belə ki, pandemiyanın yaratdığı problemlər və pandemiyaya qarşı mübarizə çərçivəsində pulun ucuzlaşdırılması nəticəsində ortalığa çıxan reallıqlar, logistika porblmeləri, dəyər zəncirinin pozulması, Rusiya-Ukrayna mühasibəsinin yaratdığı problemlər dünyda ərzaq məhsullarının bahalaşmasına səbəb olub. Qiymət artımı davam edəcək.

Dünayda dənli bitkilər və tərəvəz yağlarının qiyməti dəfələrlə artıb. Ət və süd məhsullarında bahalaşma müşahidə olunur. Bu məhsullar ölkəmizə idxal edildikcə qiymət artımı tədricən müşahidə olunacaq”, -deyə X.Kərimli bildirib.

O deyib ki, bu il 33 ilin ən böyük qiymət artımı ilə müşahidə olunur və qiymət artımı infylasiya şəkilində bazara təsir edəcək.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR