• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya iqtisadiyyatı Ukrayna böhranından çıxa biləcək? - AÇIQLAMA 

GÜNDƏM

28 Fevral 2022 | 10:32

Rusiya iqtisadiyyatı Ukrayna böhranından çıxa biləcək? - AÇIQLAMA

Rusiya Ukraynaya müharibə elan etməsindən sonra Qərbin sanksiyaları ilə üzləşdi.

Həm iqtisadiyyat, həm idman sahəsində qoyulan qadağalar Rusiyaya öz təsirini göstərməkdədir. Amma sanksiyaların bununla bitməyəcəyi deyilir. Belə ki, Rusiyanın SWIFT sistemindən xaric edilməsi istənillir.

Rusiya SWIFT-dən kənarlaşdırılsa, nəticəsi nə olacaq?

“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara nəzər saldıqda onların bu ölkəyə həlledici təsiri malik olan qadağalar olmadığı bəlli olur. Amma enerji daşıyıcılarının ixracaatına qoyulan məhdudiyyət və  bu ölkənin SWIFT sistemindən xaric edilməsi sansiyasi tətbiq edilsə, bu Rusiyanın iqtsiadiyyatına təsir edəcək”.  

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı alim Elşad Məmmədov bildirib.

O qeyd edib ki, hazırda Rusiyaya qarşı tətbiq edilən sanksiyalara nəzər yetirdikdə bu qadağaların rəsmi Moskvaya qarşı pisoxloji təzyiqə və bu ölkənin imkanlı şəxslərində vahimənin, panikanın yaradılmasına istiqamətləndiyi görmək olar: “Əlbəttə tətbiq edilən sanksiyaların Rusiyaya müəyyən təsirləri olacaq. Amma Rusiya iqtisadiyyatına taleyüklü təsirlərin olacağını gözləmək mümkün deyil”.

E.Məmmədov qeyd edib ki, Rusiyanın SWIFT sistemindən xaric edilməsi çox aşağıdır: “Qərbdə çox gözəl anlayırlar ki, bu qərarın qəbulu Qərb üçün ağır nəticələrə səbəb olacaq”.

Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication - Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) - pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026