Son günlər Qaradağ rayon, Lökbatan qəsəbəsi “Qobu-Park” yaşayış kompleksinə içməli su məhudiyyətlə verilir.
Bu barədə Bakıvaxtı.az-a “Qobu-Park” sakinləri bildiriblər.
Məcburi köçkün statusu olan sakinlər qeyd edib ki, “Azərsu” ASC-yə və Qaradağ rayon Sukanal İdarəsinə edilən müraciətlər nəticəsiz qalıb.
“4 gündür bu məhrumiyyətlə üzləşmişik. Su gün ərzində bir neçə saat verilir. Suyun nə vaxt verilib-verilməyəcəyi də bəlli deyil”, - deyə sakinlər bildirib.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar içməli suyun verilməsində fasilələr yaranacaq.
Ramid İbrahimov
















