• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Elmar Məmmədyarov: “Mən Nostradamus deyiləm”

GÜNDƏM

01 Aprel 2022 | 12:51 | Müəllif: Subhan Mahmudov

Elmar Məmmədyarov: “Mən Nostradamus deyiləm”

“Mən Nostradamus deyiləm ki, 5 ildən və ya 50 ildən sonra bu vəziyyətlərin necə olacağını bilim”.

Bakıvaxtı.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

O bildirib ki, separatçıların fəaliyyətinə baxılanda bilinir ki, onların gələcəyi yoxdur:

“Oradan çəkilişlər yayılır və görünür ki, onlar necə vəziyyətdədirlər. İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri, böyük inkişaf onlara ciddi dərs olacaq. Ermənilərin Azərbaycan vətəndaşı olmağı seçməsi bir qədər zaman alacaq. Çünki Çeçenistan müharibə etdi, amma sonda anladı ki, Rusiyanın tərkibində qalsa, inkişaf olacaq. İndi də Qarabağda mövcud vəziyyəti görürük”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026