• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Rusiya Caliber.az saytını da bloklayıb

GÜNDƏM

27 Aprel 2022 | 23:22 | Müəllif: Subhan Mahmudov

Rusiya Caliber.az saytını da bloklayıb

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Rusiyada Caliber.az saytını bloklayıb.

Bakıvaxtı.az xəbər verir ki, sayta Rusiyadan giriş məhdudlaşdırılıb.

Yeri gəlmişkən, Rusiya qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb.

Buna səbəb Caliber.az-ın Rusiya-Ukrayna müharibəsi, habelə digər mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. Görünür, saytın Ukraynada davam edən müharibə barədə operativ xəbərləri, qərəzsiz informasiyaları Rusiyanın bəzi rəsmilərinin narahatlığı ilə qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026