"Mediada Qarabağda rayonların mərkəzindən kəndlərə olan məsafə (km) barədə verilən məlumat düzgün deyil".
Bunu Bakıvaxtı.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib.
O qeyd edib ki, Azərbaycanın dövlət başçısı Qabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlərində etdiyi çıxışında "Dağlıq Qarabag“ ifadəsi yoxdur deyir: "1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub. Keçən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı".
Eskpert bildirib ki, Qarabağ iqtsiadi rayonuna daxil olan rayon mərkəzi ilə kənd arasında məsafə düzgün göstərilməlidir: "Ordumuzun yeni diskolasiya və yerdəyişməsi olan zaman rayon mərkəzi adı qeyd olunmalıdır. Məsələn, mediada Fərrux kəndi ilə rayon mərkəzi arasında məsafə 16 km göstərilir. Bu, köhnə məlumatdır. Köhnə məlumatda Əsgəran rayonu kimi göstərilir.
Fərrux kəndi Xocalı rayonuna tabedir.
Xocalı-Fərrux 24 km
Xocalı-Xankəndi 8 km.
Xocalı-Əsgəran qəsəbəsi 16 km.
Ağdam-Şuşa 62 km
Xankəndi-Şuşa 14 km
Ağdərə-Tərtər 18 km
Xocalı-Bakı 375 km
Xocavənd-Bakı 334 km
Xankəndi-Bakı 329 km
İşğaldan azad olunan yüksəkliyin, dağın, dərənin, hər qarışın dəyəri yüksəkdir".
Ramid İbrahimov
















