• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güzəştli 500 mənzil 5 saniyədə "YOXA ÇIXIB" 

GÜNDƏM

30 Mart 2022 | 16:03

Güzəştli 500 mənzil 5 saniyədə "YOXA ÇIXIB"

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışa çıxarılan 500-ə yaxın mənzil 5 saniyədə satılıb.

Bakıvaxtı.az xəbər verir ki, güzəştli mənzillərlə bağlı keçirilən yarışın əksər iştirakçıları bir neçə saniyə ərzində evlərin yoxa çıxmasından şikayət edirlər. Sosial şəbəkələrdə bununla bağlı ciddi narazılıqlar yer alıb.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz Bakıvaxtı.az-a bildirib ki, satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub.

“Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir",- deyə O.Gündüz bildirib.

O, prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına ehtiyacın olduğunu bildirib.

Sözügedən hadisə ilə bağlı MİDA-a informasiya sorğusu göndərilib.

Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesini qısa müddətdə başa çatdırılıb.

Bugünkü satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 442 mənzilin 257-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib. 

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026