"Ukraynanın ağır silah və aviasiya ilə bağlı təchizatı ötən gün həll olundu. Ukraynaya edilən hərbi yardımlar Rusiya ordusuna qarşı müqavimət göstərməyə imkan yaradacaq".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya-Ukrayna müharibəsinin yaxın və uzaq perspektivləri barədə danışarkən bildirib.
O qeyd edib ki, Ukrayna çox çətin imtahan qarşısındadır: "Avropanın, Qərbin və NATO-nun verdiyi dəstəklər Rusiya üçün ciddi maliyyə problemləri yaratdı. Amma Rusiyanın bu müharibədən geri çəkilməsi üçün şansı qalmayıb. İrəli getmək daha təhlükəli, geri çəkilmək isə rus ordusunun növbəti fiaskosu demək olacaq".
Ekspertin sözlərinə görə, yaxın gələcəkdə müharibənin başa çatması gözlənilən deyil. Rusiyanın itkiləri artacaq, Ukrayna isə bəzi ərazi itkilərinə məruz qalacaq".
Ramid İbrahimov
















