• Bakı 13° C

    2.62 m/s

Azərbaycana gələn əcnəbilərin sayı artıb

CƏMİYYƏT

08 Fevral 2022 | 16:23

Azərbaycana gələn əcnəbilərin sayı artıb

Cari ilin yanvar ayında ölkəmizə 74 057 əcnəbi gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 105 faiz çoxdur. Belə ki, 2021-ci ilin yanvarında ölkəyə 36 115 turist gəlmişdi.

Ölkəmizə ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından gəlib. Rusiyadan 26 131, Türkiyədən 17 838, İrandan 9589, Gürcüstandan 4111, Səudiyyə Ərəbistanından isə 3072 nəfər Azərbaycana səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026