• Bakı 25° C

    12.7 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Azərbaycana YAY GƏLDİ

CƏMİYYƏT

21 Iyun 2026 | 12:24

Azərbaycana YAY GƏLDİ

Yay fəsli Azərbaycana daxil olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a bildirilib ki, yay fəsli (Yay günəş duruşu) ölkəmizə iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olub.

Məlumata görə, Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb.

Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.

Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026