• Bakı 30° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

12 illik təhsilə keçirik? - RƏSMİ

CƏMİYYƏT

08 Avqust 2025 | 10:41

12 illik təhsilə keçirik? - RƏSMİ

Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.

    Nazirlik bildirib ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:

    məktəbəhazırlıq mərhələsi (5 yaş);

    ibtidai təhsil (I-IV siniflər);

    ümumi orta təhsil (V-IX siniflər);

    tam orta təhsil (X-XI siniflər).

    "Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.


    SON XƏBƏRLƏR

    07 Avqust 2025