• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Azərbaycanda 13 gündə 22 nəfər DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

CƏMİYYƏT

13 Yanvar 2025 | 12:19

Azərbaycanda 13 gündə 22 nəfər DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

2025-ci il başlayandan ölkədə 22 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az bu barədə mətbuatda gedən yazıların statistikasına əsasən xəbər verir.

Məlumata görə, dəm qazından zəhərlənənlərdən 4-ü ölüb.

Qeyd edək ki, təkcə bu gün bu saatlara olan məlumata görə, 9 nəfər dəm qazından zəhərlənib. Belə ki, Sumqayıtda bir ailənin 5 üzvü - 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları; 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Digər 4 nəfər isə Goronbay rayonunun Faxralı kəndində zəhərlənib. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Yanvarın 6-da Sumqayıtda daha bir ailədə 5 nəfərin dəm qazından zəhərlənməsi qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu - 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu - 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

Həmin gün daha bir zəhərlənmə Gəncə şəhərində qeydə alınıb. Şəhərdə kirayə yaşayan 20 yaşlı Məcidova Samirə Zamir qızı və 19 yaşlı Nərimanova Nigar Maarif qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşidirilib.

Dəm qazından daha zəhərlənmə faktı isə yanvarın 3-də Goranboyun Goran qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Məmmədova Səriyyə Mübariz qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Yanvarın 9 və 10-da Abşeron rayonunda 2 nəfər dəm qazından boğularaq ölüb. Masazır qəsəbəsində Ceyhun Quliyev adlı şəxs yaşadığı evdə dəm qazından ölüb. 1953-cü il təvəllüdlü Məmmədov Rəşid Xeyrulla oğlu isə Xırdalan şəhərində yaşadığı evdə 2 gözlü qaz peçinin yanıq vəziyyətdə qalması səbəbindən dəm qazından zəhərlənərək ölüb.

Digər bir ölüm hadisəsi isə Şamaxı və Ağdaşda qeydə alınıb. Belə ki, yanvarın 7-də Şamaxı rayon sakini 1976-cı il təvəllüdlü Hüseynov Zülfüqar Əşrəf oğlu hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib.

2025-ci ilin ilk günü isə Ağdaş rayon sakini Könül Cəfərova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR