• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bu çörək zavodunda yoxlama: Nöqsanlar aşkarlandı - FOTO

CƏMİYYƏT

12 Fevral 2025 | 12:15

Bu çörək zavodunda yoxlama: Nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparıb.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mediada adıçəkilən müəssisəsinin istehsal etdiyi çörəyin içərisindən siqaret kötüyü çıxdığı iddia edilən videolar yayılmışdı.


SON XƏBƏRLƏR

18 Aprel 2025