• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Övladı bu il birinci sinfə gedəcək valideynlərə MÜRACİƏT

CƏMİYYƏT

12 Fevral 2025 | 11:57

Övladı bu il birinci sinfə gedəcək valideynlərə MÜRACİƏT

Bu ayın sonunda şagirdlərin yerdəyişməsi ilə bağlı proqram təminatı istifadəyə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, on beş gün ərzində proqram artıq istifadəyə veriləcək.

    "Yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda üstünlük tanınan məktəblərin siyahısı elan ediləcək. Sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", - deyə o qeyd edib.


    SON XƏBƏRLƏR