Milli Vəhdət Partiyası fəaliyyətini dayandırıb.
Bu barədə Bakıvaxtı.az-a MVP sədri Yunus Oğuz məlumat verib.
"Milli Vəhdət Partiyasının fəaliyyətini dayandırmasına səbəb nədir" sualına Y.Oğuzun cavabı belə olub:
"Çox gözəl sual verdiniz. Amma çox gözəl cavab verə bilməyəcəm. Zamanı gələndə açıqlama verəcəm”.
Qeyd edək ki, Yunus Oğuz 1990-ci ilin yanvarında Xalq Azadliq Partiyasını (XAP) yaradıb və onun sədri seçilib.
1994-cü ildə isə Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edərək, onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib. Birləşmədən sonra Yunus Oğuz Vəhdət Partiyası sədrinin birinci müavini seçilib. 2000-ci ildən "Vəhdət"dən ayrılan Y.Oğuz Milli Vəhdət Partiyası elan edib və qurultayda həmin partiyanın sədri seçilib. Partiya 8 may 2002-ci ildə dövlət qeydiyyatına slınıb.
İbRa